çox mühüm məsələ (vacib məsələ)

a vital question / a burning issue / a burning question (a question of vital importance) * жгучий вопрос
çox lazımdır!
çox sadə
OBASTAN VİKİ
NP-tam məsələ
NP-tam məsələ (NP-complete problem ) - alqoritmlər nəzəriyyəsində: NP sinfindən olan məsələnin polinomial zaman müddətində aparılıb çıxarıldığı NP sinfindən olan məsələ. Beləliklə, NP-tam məsələlər müəyyən mənada NP sinfində “ən mürəkkəb” məsələlərin altçoxluğunu əmələ gətirir; və əgər onlardan hər hansı birinin “sürətli” həll alqoritmi tapılarsa, onda NP sinfindən olan istənilən başqa məsələ də belə “sürətlə” həll edilə bilər . İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çətin Məsələ (1988)
Cizgi filmində balaca quzunun başına gələn hadisələrdən danışılır. Quzu çox çətin məsələ həll edirdi. O, fikirləşə-fikirləşə gəlib canavarın pəncəsinə keçir. Canavar özünü itirməyib onu yemək istəyir. Lakin quzu şərt kəsir: əgər məsələni həll edə bilsən, buyur, ye məni. Bu əhvalat necə qirtarır? Bu çətin məsələni düzgün həlli nədən ibarətdir? Multfilm bu suallara ətraflı cavab verir. Film 2008-ci ildə bərpa edilərək DVD formatında tamaşaçılara təqdim edilmişdir. Ssenari müəllifi: Rafiq Səməndər Kinorejissor: Əsgər Məmmədov Quruluşçu rəssam: Məhəmməd Orucov Kinooperator: Antonina Korotnitskaya Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Arifə Hatəmi, Vahid Talıbov, Solmaz Hüseynova, Vaqif Məmmədov Montaj: Lidiya Vyalsova Musiqi tərtibatı: Q.Əliyeva Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev Pərviz Bağırov — çoban (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Çətin məsələ (film, 1988)

Azərbaycan Xalq Cümhuriyyətində aqrar məsələ
Azərbaycan Xalq Cümhuriyyətində aqrar məsələ, Azərbaycan Xalq Cümhuriyyətinin torpaq mülkiyyəti formaları, torpaqdan istifadə qaydaları və bu sahədə istehsal münasibətlərinin yenidən qurulması sahəsində həllinə çalışdığı islahatlar proqramı. Onun həlli həm sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına, həm də ölkə əhalisinin əksəriyyətini təşkil edən kəndlilərin yeni hakimiyyətə etimadının artmasına səbəb olardı. Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ərəfəsində ölkədə kapitalist münasibətləri genişlənməkdə idi. Kənddə təbəqələşmə gedirdi. 1917 ildə Şimali Azərbaycan kəndində yoxsul təsərrüfatları 54,4, ortabablar 34, qolçomaqlar 6% təşkil edirdi. Dövlət və mülkədar torpaq sahibliyi üstün idi. Bütün kənd təsərrüfatının 29,5%-i mülkədarlara, 68,7%-i dövlətə məxsus olduğu halda, yalnız 1,8%-i kəndlilərin payına düşürdü. Torpaqsız və aztorpaqlı kəndlilər mülkədarlardan icarəyə torpaq götürməyə və ya muzdur kimi işləməyə məcbur idilər. İcarə bütün qəzalarda torpaqdan istifadənin əsas forması idi. Mülkədar təsərrüfatlarında muzdur əməyindən geniş istifadə olunurdu.
Vacib
Vacib əməl yerinə yetirildikdə axirət savabı yazılan, yerinə yetirilmədikdə isə günah yazılan əməldir. Vacib əməlin növləri aşağıdakılardan ibarətdir: Nəfsi vacib ayrı bir əmələ çatmaq üçün deyil, məhz özlüyündə vacib sayılan əmələ deyilir ki, buna misal olaraq namaz və orucu qeyd etmək olar. Qeyri-vacib isə ayrı bir vacib əmələ çatmaq üçün vacib sayılan əmələ deyilir ki, buna misal olaraq, dəstəmaz, cənabət qüslü, paltarı paketmək və s. bu kimi işləri qeyd etmək olar. Bu növ vacib əməllərə «müqqəddəmi» vacib də deyilir. Təəbüdi vacib elə bir əmələ deyilir ki, yalnız qürbət və ibadət niyyəti ilə əncam verilməli, əks təqdirdə isə batil hesab olunacaqdır. Məsələn, həcc və namaz və s. Təvəssüli vacib isə qürbət niyyəti olmasa belə, əməlin özünün əncam verilməsi kifayətedici sayılan vacib işə deyilir. Buna misal olaraq namaz qılmaq üçün murdar şeyi yumaq və ya bədəni pak etmək kimi əməlləri qeyd etmək olar. Eyni vacib hər bir mükəlləfin xüsusi tərzdə tələb edilən vacib əmələ deyilir.
Yalnız şəxsi məsələ deyil (film, 1984)
Film Bakıdakı Keşlə Maşınqayırma Zavodunun əməkçiləri və burada istehsal olunan avadanlıqlar barədə söhbət açır.
Vacib Məmmədov
Vacib Zabit oğlu Məmmədov (27 fevral 2001; Şəmkir rayonu, Azərbaycan — 30 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Vacib Məmmədov 2001-ci il fevralın 27-də Şəmkir rayonunun Morul kəndində anadan olub. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Vacib Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vacib Məmmədov sentyabrın 30-da Talış döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vacib Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Çox
Çox (avar. Чӏохъ) — Dağıstanın Qunib rayonundakı bir kənd (aul). Kommuna və Qamsutl kəndlərini də əhatə edən "Çox kənd sovetliyi" inzibati ərazi vahidliyinin inzibati mərkəzi. Dağıstanın əhəmiyyətli mədəniyyət mərkəzlərindən biridir. Çox yaşayış məntəqəsi Şimali Qafqazın ən qədim yerlərindən biridir. Burada Neolit dövrünə aid bir yer aşkar edilmişdir. Akademik Nikolay Vavilov Şimali Qafqaza etdiyi ekspedisiya nəticəsində Dağıstanın becərilən dənli bitkilərin mənşə mərkəzinin bir hissəsi olduğunu inandırıcı şəkildə sübut edir. Məhsuldar iqtisadiyyatın, əkinçilik və heyvandarlığın formalaşması məhz burada baş verdi. Eramızdan 6 min il əvvələ aid Çox kəndinin yaxınlığında bir yaşayış yerinin qalıqları aşkar olunmuşdur. Elm adamları 1300-cü ildən bəri Çoxun müstəqil bir yaşayış yeri olaraq qeyd edirlər.
Ən vacib müsahibə
"Ən vacib müsahibə" — rejissor Eldar Quliyevin filmi. == Məzmun == Kinopovest analitik səpgidə jurnalist mənəviyyatından söhbət açır. Bu mənada ki, jurnalistin vicdanı, mənəviyyatı təmiz olmalıdır. O belə bir suala cavab tapmalıdır: "Həyatın mənası nədədir və mən insanlar üçün nə edə bilmişəm?" Filmin qəhrəmanı Zaur (Hacımurad Yegizarov) radio jurnalistidir. O, süjet boyu bu sualın cavabını axtarır, lakin cavabı tapmaqda çətinlik çəkir, həyatın mürəkkəb təzadları onu çaşdırır. == Film haqqında == Film quruluşçu rəssam Fikrət Əhədovun kinoda ilk işidir. Filmdən iki hissə operator Şərif Şərifovun diplom işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Maqsud İbrahimbəyov Quruluşçu rejissor: Eldar Quliyev Quruluşçu operator: Rasim Ocaqov Quruluşçu rəssam: Kamil Nəcəfzadə, Fikrət Əhədov Bəstəkar: Polad Bülbüloğlu Səs operatoru: Ələkbər Həsənzadə Rejissor: Əşrəf Mamayev Operator: Şərif Şərifov Geyim rəssamı: Fikrət Əhədov Qrim rəssamı: S.Pozdeyeva Montaj edən: Tahirə Babayeva Redaktor: İntiqam Qasımzadə Rejissor assistenti: Adil İsmayılov, Vaqif Əsədullayev, Ceyhun Mirzəyev, Azər Zamanlı Montaj üzrə assistent: Rəfiqə İbrahimova Operator assistenti: Ələsgər Ələkbərov, S.Kaşiyev Rəssam assistenti: T.Məlikzadə, A.Stepanova Filmin direktoru: Rimma Abdullayeva Mahnı ifa edən: Polad Bülbüloğlu (titrlərdə yoxdur) === Rollarda === Hacımurad Yegizarov — Zaur Ariadna Şengelaya — Səidə Səyavuş Şəfiyev — Altay Müxlis Cənizadə — Ənvər müəllim Tofiq Mirzəyev — əcnəbi müğənni Rza Təhmasib — Cəbrayıl Konstantin Adamov — Abdulla Kərimoviç Fuad Poladov — bacıoğlu Nazim Ağayev — Saleh Kamal Xudaverdiyev — Həsənov Əbdül Mahmudov — Fikrət Məmmədrza Şeyxzamanov — Zaurun atası Firəngiz Şərifova — Zaurun anası S.Əfəndiyeva Dina Tumarkina M.Ələkbərov Ramiz Məlikov — müxbir Mirzəbala Məlikov — Cəfər Zemfira İsmayılova — neftçi Tatyana Qross Yevgeniya Nevmerjitskaya Bahadur Əliyev — Bahadur === Filmi səsləndirənlər === Həsənağa Turabov — Zaur (Hacımurad Yegizarov) (titrlərdə yoxdur) Amaliya Pənahova — zoopark müdiri (titrlərdə yoxdur) Həsən Əbluc — Saleh (Nazim Ağayev) (titrlərdə yoxdur) Şahmar Ələkbərov — Altay (Səyavuş Şəfiyev) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Səidə (Ariadna Şengelaya) (titrlərdə yoxdur) Hamlet Xanızadə — tərcüməçi (titrlərdə yoxdur) Səməndər Rzayev — Abdulla Kərimoviç (Konstantin Adamov) (titrlərdə yoxdur) Yusif Vəliyev — Cəbrayıl (Rza Təhmasib) (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Üçbucaqda dörd mühüm nöqtə
Üçbucaq — müstəvinin bir düz xətt üzərində olmayan 3 nöqtəsini (üçbucağın təpələri) cüt-cüt birləşdirən 3 parçası (üçbucağın tərəfləri) ilə hüdüdlanmış hissəsinə deyilir. Üçbucağın təpələri adətən böyük latın hərfləri ilə (A, B, C), uyğun təpədəki bucaqların dərəcə ölçüsü yunan hərfləri (α,β,γ) ilə, uyğun təpənin qarşısındakı tərəfin uzunluğu isə əlyazma latın hərfləri ilə (a, b, c) işarə olunur. Evklid həndəsəsində hər bir üçbucaqla bağlı aşağıdakı dörd nöqtə var: 1) Medianların kəsişmə nöqtəsi; 2) Tənbölənlərin kəsişmə nöqtəsi; 3) Tərəflərin orta perpendikulyarlarının kəsişmə nöqtəsi; 4) Hündürlüklərin (və ya onların uzantılarının) kəsişmə nöqtəsi. 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I-X cild, Bakı 1976-1987.
Çox dövrlülər
Çox dövrlülər - politsiklik quruluşa malikdir. ATSDR - Toxicity of Polycyclic Aromatic Hydrocarbons (PAHs) U.S. Department of Health and Human Services Fused Ring and Bridged Fused Ring Nomenclature Database of PAH structures Arxivləşdirilib 2005-01-17 at the Wayback Machine National Pollutant Inventory: Polycyclic Aromatic Hydrocarbon Fact Sheet Arxivləşdirilib 2006-05-18 at the Wayback Machine Understanding Polycyclic Aromatic Hydrocarbons Arxivləşdirilib 2006-06-23 at the Wayback Machine NASA Spitzer Space Telescope Astrobiology magazine Arxivləşdirilib 2007-09-29 at the Wayback Machine Aromatic World An interview with Professor Pascale Ehrenfreund on PAH origin of life.
Çox nöqtə
İki nöqtə — sadalanan sözlərdən əvvəl ümumiləşdirici söz gələrsə, ümumiləşdirici sözdən sonra iki nöqtə (:) qoyulur. "O bir sıra islahatlar: pul, torpaq, vergi və s. islahatlar aparılması haqqında göstəriş vermişdir." Özündən əvvəlki cümləyə intonasiya ilə bağlanıb, onu izah edən cümlələrdən və cümlə üzvlərindən əvvəl iki nöqtə qoyulur. "Camaat arasında belə bir inam var: "Dost üzünə açılan süfrə həmişə bərəkətli olar"" (S. Rəhimov). "Asanlıqla dil tapdılar: baxışla, təbəssümlə, nəfəslə." Üç nöqtə – adətən, yarımçıqlığı (tamamlanmamanı) bildirmək üçün istifadə olunan üç nöqtədən ibarət qrup (…). Çap mətnində bir və ya bir neçə sözün buraxıldığını göstərir. Qrafik interfeysli proqram məhsullarında menyu komandasının sonundakı üçnöqtə onu göstərir ki, o, seçildikdə dialoq pəncərəsi açılacaq. Proqramlaşdırma dilləri üzrə soraqçalarda və tətbiqi proqramların istifadəçi üçün təlimatlarında üçnöqtədən deyimin, funksiyanın və ya komandanın sintaksisinin təsvirində sintaksisin müəyyən elementlərinin təkrarlana bilməsini göstərmək üçün istifadə edilə bilər. Sitat daxilində göstərilən hissəyə qədər olan hissə verilmirsə, özündən əvvəl, özündən sonrakı hissə buraxılırsa, sonra üç nöqtə qoyulur. "Nəriman Nərimanov yazır: "Bu zamanda mədəniyyətli millətlər çalışırlar ki, dillərini və yazılarını asana çıxartsınlar…"" O cümlədən yüksək hiss-həyəcanla deyilən nəqli cümlələrdən sonra üç nöqtə qoyulur (əksərən, subyektiv və köşə yazılarında).
Çox vətəndaşlıq
Bipatrizm (lat. bis- iki dəfə və yun. -πατρίς, yiyəlik halda πατρίδος — vətən, yurd sözlərindən) — roma qanununda, hər biri bu şəxsdən bütün mülki vəzifələrini yerinə yetirməsini tələb edə bilən, eyni zamanda iki dövlətin vətəndaşlığına sahib olan bir şəxsin hüquqi statusu. İkinci vətəndaşlıqdan fərqli olaraq, ikili vətəndaşlıq ölkələr arasında müvafiq müqavilə bazası olduqda icazə verilir. Dövlətlər yuxu vətəndaşlığının əsas prinsipindən irəli gəlir, yəni başqa vətəndaşlığı olan öz vətəndaşlarını yalnız öz vətəndaşları hesab edirlər. Beləliklə, məsələn, Rusiya Federasiyası Konstitusiyasının 62-ci maddəsi , Rusiya Federasiyasının bir vətəndaşının xarici dövlətin vətəndaşlığına sahib olmasını, hüquq və azadlıqlarından məhrum etmədiyini və federal qanunla və ya Rusiya Federasiyasının beynəlxalq müqaviləsi ilə başqa hal nəzərdə tutulmadığı təqdirdə, onu Rusiya vətəndaşlığından irəli gələn vəzifələrdən azad etmir. "Rusiya Federasiyasının Dövlət Qulluğu haqqında" 27 iyul 2004-cü il tarixli 79-FZ Federal Qanununun 16-cı maddəsinə əsasən , bir vətəndaş dövlət qulluğuna qəbul edilə bilməz və başqa bir vətəndaşlıq varsa dövlət qulluqçusu dövlət qulluğunda ola bilməz, dövlət (başqa dövlətlər), əgər Rusiya Federasiyasının beynəlxalq müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa. Dövlətlərin bağladığı ikili vətəndaşlıq haqqında beynəlxalq müqavilələrdə ümumiyyətlə ikinci vətəndaşlıq almaq və saxlama imkanları nəzərdə tutulur və münaqişə vəziyyətləri iki dövlətin hər biri tərəfindən öz vətəndaşı hesab etdiyi şəxs üzərində uyğun olmayan öhdəliklər olduqda həll edilir. Münaqişənin həllində istifadə olunan ümumi bir düstur olaraq, hər iki müqaviləçi dövlətin vətəndaşlığından yalnız biri ilə əlaqəli vətəndaş hüquq və vəzifələrinin tanınması istifadə edilə bilər. Məsələn, Rusiya Federasiyası ilə Tacikistan Respublikası arasında 1995-ci il 7 sentyabr tarixli ikili vətəndaşlıq məsələlərinin həlli haqqında Müqavilə.
Ən Vacib Müsahibə (1971)
"Ən vacib müsahibə" — rejissor Eldar Quliyevin filmi. Kinopovest analitik səpgidə jurnalist mənəviyyatından söhbət açır. Bu mənada ki, jurnalistin vicdanı, mənəviyyatı təmiz olmalıdır. O, belə bir suala cavab tapmalıdır: "Həyatın mənası nədədir və mən insanlar üçün nə edə bilmişəm?" Filmin qəhrəmanı Zaur (Hacımurad Yegizarov) radio jurnalistidir. O, süjet boyu bu sualın cavabını axtarır, lakin cavabı tapmaqda çətinlik çəkir, həyatın mürəkkəb təzadları onu çaşdırır. Film quruluşçu rəssam Fikrət Əhədovun kinoda ilk işidir. Filmdən iki hissə operator Şərif Şərifovun diplom işidir. Ssenari müəllifi: Maqsud İbrahimbəyov Quruluşçu rejissor: Eldar Quliyev Quruluşçu operator: Rasim Ocaqov Quruluşçu rəssam: Kamil Nəcəfzadə, Fikrət Əhədov Bəstəkar: Polad Bülbüloğlu Səs operatoru: Ələkbər Həsənzadə Rejissor: Əşrəf Mamayev Operator: Şərif Şərifov Geyim rəssamı: Fikrət Əhədov Qrim rəssamı: S.Pozdeyeva Montaj edən: Tahirə Babayeva Redaktor: İntiqam Qasımzadə Rejissor assistenti: Adil İsmayılov, Vaqif Əsədullayev, Ceyhun Mirzəyev, Azər Zamanlı Montaj üzrə assistent: Rəfiqə İbrahimova Operator assistenti: Ələsgər Ələkbərov, S.Kaşiyev Rəssam assistenti: T.Məlikzadə, A.Stepanova Filmin direktoru: Rimma Abdullayeva Mahnı ifa edən: Polad Bülbüloğlu (titrlərdə yoxdur) Hacımurad Yegizarov — Zaur Ariadna Şengelaya — Səidə Səyavuş Şəfiyev — Altay Müxlis Cənizadə — Ənvər müəllim Tofiq Mirzəyev — əcnəbi müğənni Rza Təhmasib — Cəbrayıl Konstantin Adamov — Abdulla Kərimoviç Fuad Poladov — bacıoğlu Nazim Ağayev — Saleh Kamal Xudaverdiyev — Həsənov Əbdül Mahmudov — Fikrət Məmmədrza Şeyxzamanov — Zaurun atası Firəngiz Şərifova — Zaurun anası S.Əfəndiyeva Dina Tumarkina M.Ələkbərov Ramiz Məlikov — müxbir Mirzəbala Məlikov — Cəfər Zemfira İsmayılova — neftçi Tatyana Qross Yevgeniya Nevmerjitskaya Bahadur Əliyev — Bahadur Həsənağa Turabov — Zaur (Hacımurad Yegizarov) (titrlərdə yoxdur) Amaliya Pənahova — zoopark müdiri (titrlərdə yoxdur) Həsən Əbluc — Saleh (Nazim Ağayev) (titrlərdə yoxdur) Şahmar Ələkbərov — Altay (Səyavuş Şəfiyev) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Səidə (Ariadna Şengelaya) (titrlərdə yoxdur) Hamlet Xanızadə — tərcüməçi (titrlərdə yoxdur) Səməndər Rzayev — Abdulla Kərimoviç (Konstantin Adamov) (titrlərdə yoxdur) Yusif Vəliyev — Cəbrayıl (Rza Təhmasib) (titrlərdə yoxdur) Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Ay çox, il çox... (film, 1985)
Çox-çox qorxulu kino (film, 2000)
Keçən cümə, ayın 13-ündə nə etdiyimi bilirsənsə qışqır (ing. Shriek If You Know What I Did Last Friday the Thirteenth) — 2000-ci ildə istehsal olunmuş parodiyalı komediya filmidir. Film Qışqırıq, "Mən bilirən, siz keçən yay nə etmisiniz" Texas qətliamı, Hellovin, "Kristina" və Cümə, ayın 13-ü kimi qorxulu filmləri parodiya edir. Bu film Çox qorxulu kino filmi ilə eyni ildə çəkilmişdir. Lakin ona nisbətən gec başa çatmışdır. Filmlərin mövzularında bənzərliklər vardır. Filmin mövzusu Çox qorxulu kino filminə nisbətən daha gülməlidir. Culi Bent … Barbara Praymsaspekt Harli Kross … Douson Diri Mahandra Delfino … Martina Martinez Saymon Reks … Sleb O'Bif Şirli Cons … Tibb bacısı Kevorkyan Keçən cümə, ayın 13-ündə nə etdiyimi bilirsənsə qışqır — Internet Movie Database saytında.
Çox yaxın, çox uzaq (film, 2005)
Çox yaxın, çox uzaq ( fars. خیلی دور، خیلی نزدیک‎ , Kheili Dour, Kheili Nazdik ) - rejissor Reza Mirkəriminin 2005 -ci ildə çəkdiyi İran dram filmi . Film həmçinin Oskarda ən yaxşı xarici film üçün İran təmsilçisi seçilib. Təkəbbürlü nevropatoloq oğluna əməliyyat olunmayan beyin şişi diaqnozu qoyulanda həyatının mənasını araşdırmalıdır. Oğlunun astronomiya sahəsində səyahətinə yetişmək üçün səhrada gəzintisi onu onun baxışlarına və dəyərlərinə meydan oxuyan bir sıra adi görünən insanlarla qarşılaşmasına gətirib çıxarır.
Guma (çox dəyərli)
Guma müraciət edə bilər:
Çox sənədli interfeys
Çox sənədli interfeys (ing. multiple document interface (= MDI), ru. многодокументный интерфейс) — qrafik istifadəçi interfeysinin pəncərələrdən istifadəyə əsaslanan və pəncərələrin əksəriyyətinin (adətən, yalnız modal pəncərələr istisna olmaqla) bir ümumi pəncərənin daxilində yerləşməsini nəzərdə tutan təşkili üsulu. Bu interfeysdən fərqli olaraq, SDI interfeysində pəncərələr bir-birindən asılı olmayaraq yerləşir. Hansı interfeys növünün – MDI, yoxsa SDI interfeysinin üstün olması məsələsi tez-tez proqram təminatı gəlişdiricilərinin və istifadəçilərinin müzakirə mövzusu olur. Belə ki, istifadəçi eyni vaxtda bir neçə müxtəlif növ proqramla işləyirsə, SDI interfeysi daha əlverişli olur. Gəlişdiricilər hər iki interfeysdən, tez-tez isə qarışıq növ interfeysdən geniş istifadə edirlər. Məsələn, Microsoft şirkəti Microsoft Office paketində öncə SDI interfeysini MDI ilə əvəz etdi, sonra yenidən SDI interfeysinə qayıtdı.
Ən vacib müsahibə (film, 1971)
"Ən vacib müsahibə" — rejissor Eldar Quliyevin filmi. Kinopovest analitik səpgidə jurnalist mənəviyyatından söhbət açır. Bu mənada ki, jurnalistin vicdanı, mənəviyyatı təmiz olmalıdır. O, belə bir suala cavab tapmalıdır: "Həyatın mənası nədədir və mən insanlar üçün nə edə bilmişəm?" Filmin qəhrəmanı Zaur (Hacımurad Yegizarov) radio jurnalistidir. O, süjet boyu bu sualın cavabını axtarır, lakin cavabı tapmaqda çətinlik çəkir, həyatın mürəkkəb təzadları onu çaşdırır. Film quruluşçu rəssam Fikrət Əhədovun kinoda ilk işidir. Filmdən iki hissə operator Şərif Şərifovun diplom işidir. Ssenari müəllifi: Maqsud İbrahimbəyov Quruluşçu rejissor: Eldar Quliyev Quruluşçu operator: Rasim Ocaqov Quruluşçu rəssam: Kamil Nəcəfzadə, Fikrət Əhədov Bəstəkar: Polad Bülbüloğlu Səs operatoru: Ələkbər Həsənzadə Rejissor: Əşrəf Mamayev Operator: Şərif Şərifov Geyim rəssamı: Fikrət Əhədov Qrim rəssamı: S.Pozdeyeva Montaj edən: Tahirə Babayeva Redaktor: İntiqam Qasımzadə Rejissor assistenti: Adil İsmayılov, Vaqif Əsədullayev, Ceyhun Mirzəyev, Azər Zamanlı Montaj üzrə assistent: Rəfiqə İbrahimova Operator assistenti: Ələsgər Ələkbərov, S.Kaşiyev Rəssam assistenti: T.Məlikzadə, A.Stepanova Filmin direktoru: Rimma Abdullayeva Mahnı ifa edən: Polad Bülbüloğlu (titrlərdə yoxdur) Hacımurad Yegizarov — Zaur Ariadna Şengelaya — Səidə Səyavuş Şəfiyev — Altay Müxlis Cənizadə — Ənvər müəllim Tofiq Mirzəyev — əcnəbi müğənni Rza Təhmasib — Cəbrayıl Konstantin Adamov — Abdulla Kərimoviç Fuad Poladov — bacıoğlu Nazim Ağayev — Saleh Kamal Xudaverdiyev — Həsənov Əbdül Mahmudov — Fikrət Məmmədrza Şeyxzamanov — Zaurun atası Firəngiz Şərifova — Zaurun anası S.Əfəndiyeva Dina Tumarkina M.Ələkbərov Ramiz Məlikov — müxbir Mirzəbala Məlikov — Cəfər Zemfira İsmayılova — neftçi Tatyana Qross Yevgeniya Nevmerjitskaya Bahadur Əliyev — Bahadur Həsənağa Turabov — Zaur (Hacımurad Yegizarov) (titrlərdə yoxdur) Amaliya Pənahova — zoopark müdiri (titrlərdə yoxdur) Həsən Əbluc — Saleh (Nazim Ağayev) (titrlərdə yoxdur) Şahmar Ələkbərov — Altay (Səyavuş Şəfiyev) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Səidə (Ariadna Şengelaya) (titrlərdə yoxdur) Hamlet Xanızadə — tərcüməçi (titrlərdə yoxdur) Səməndər Rzayev — Abdulla Kərimoviç (Konstantin Adamov) (titrlərdə yoxdur) Yusif Vəliyev — Cəbrayıl (Rza Təhmasib) (titrlərdə yoxdur) Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Çox gözəl hərəkətlər 2
Çox gözəl hərəkətlər 2 — (türk. Çok Güzel Haraketler 2) BKM Mutfak imzalı, Kanal D televiziya kanalında yayımlanan əyləncə televerilişidir. 2008–2011-ci illərdə yayımlanan çox gözəl hərəkətlər bunlar adlı televerilişin davamıdır. İlk seriyası 10 fevral 2019-cu ildə yayımlanmışdır.
Çox istifadəçili zindan (İnformatika)
Çox istifadəçili zindan (MUD /mʌd/; ing. Multi-User Dungeon, rus. многопользовательский мир) — İnternet üzərindən mətn mesajları vasitəsilə oynanan fantastik rollu kompüter oyunlarının ümumi adı. Tipik MUD oyununda elflər, əjdahalar və bənzəri əfsanəvi varlıqlarla yanaşı savaşçılar, oğrular və maqlar kimi insani xarakterlər də mövcud olur. Oyunçular virtual dünya ilə uzaq serverə komanda sətrli interfeys vasitəsilə göndərilən mətn komandalarının köməyilə qarşılıqlı əlaqədə olurlar. Cavabında onlara otaqların, əşyaların, hadisələrin, başqa oyunçuların personajlarının, virtual aləmin cürbəcür başqa elementlərinin təsviri göndərilir. Oyunçular, adətən, adi danışıq dilində ünsiyyətdə olurlar. Son illər İnternet üzərindən oynanan qrafik dəstəkli proqramların inkişafı və İnternet bağlantı sürətlərinin artması ilə əlaqədar olaraq MUD oyunları, demək olar ki, sıradan çıxmışdır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Çox sənədli interfeys (İnformatika)
Çox sənədli interfeys (ing. multiple document interface (= MDI), ru. многодокументный интерфейс) — qrafik istifadəçi interfeysinin pəncərələrdən istifadəyə əsaslanan və pəncərələrin əksəriyyətinin (adətən, yalnız modal pəncərələr istisna olmaqla) bir ümumi pəncərənin daxilində yerləşməsini nəzərdə tutan təşkili üsulu. Bu interfeysdən fərqli olaraq, SDI interfeysində pəncərələr bir-birindən asılı olmayaraq yerləşir. Hansı interfeys növünün – MDI, yoxsa SDI interfeysinin üstün olması məsələsi tez-tez proqram təminatı gəlişdiricilərinin və istifadəçilərinin müzakirə mövzusu olur. Belə ki, istifadəçi eyni vaxtda bir neçə müxtəlif növ proqramla işləyirsə, SDI interfeysi daha əlverişli olur. Gəlişdiricilər hər iki interfeysdən, tez-tez isə qarışıq növ interfeysdən geniş istifadə edirlər. Məsələn, Microsoft şirkəti Microsoft Office paketində öncə SDI interfeysini MDI ilə əvəz etdi, sonra yenidən SDI interfeysinə qayıtdı.
Çoxqatlı, çox təbəqəli ( İnformatika)
Çox uzaq körpü (film)
Çox uzaq körpü (ing. A Bridge Too Far) — 1977-ci ildə İkinci Dünya müharibəsi zamanı Müttəfiqlərin uğursuz Hollandiya əməliyyatını təsvir edən ABŞ və Birləşmiş Krallıq epik müharibə filmi. Tarixçi Kornelius Rayanın eyniadlı qeyri-bədii kitabı əsasında çəkilən filmin rejissoru Riçard Attenboro və ssenaristi Vilyam Qoldmandır. Rollarda Dirk Boqard, Ceyms Kaan, Maykl Keyn, Şon Konneri, Edvard Foks, Elliott Quld, Cin Hekman, Entoni Hopkins, Hardi Krüger, Lourens Olivye, Rayan O'Nil, Robert Redford, Maksimilian Şell və Liv Ulmann. Prodüserliyi Riçard və Cozef Levin tərəfindən müstəqil olaraq edilən film "Ən uzun gün"dən (1962) sonra Rayanın kitabı əsasında ekrana uyğunlaşdırılan ikinci film idi. Bu, "Bu, onların şöhrətidir" (1946) filmindən sonra İkinci Dünya müharibəsində uğursuzluğa düçar olmuş Hollandiya əməliyyatının hadisələri əsasında çəkilən ikinci film idi. Film Niderlandda çəkilmişdir. Goldman, William, William Goldman's Story of a Bridge Too Far, Coronet Books, 1977, ISBN 978-0-340-22340-6 [NB: Book has no page numbers] Çox uzaq körpü — IMDb səhifəsi Çox uzaq körpü Box Office Mojo-da Çox uzaq körpü AllMovie saytında Çox uzaq körpü TCM Movie Database saytında Çox uzaq körpü Amerika Film İnstitut kataloqunda "A Bridge Too Far". at British Cinema Greats. 2008-03-29 tarixində arxivləşdirilib.